“Könlüm Qarabağda, Könlüm Zəngəzurda” düşərgəsi keçiriləcək

23 oktyabr 2025 - 26 oktyabr 2025

08:00

Tədbir haqqında:

#Qarabağ və #ŞərqiZəngəzur gənclərinin nəzərinə! 

“Könlüm Qarabağda, Könlüm Zəngəzurda” düşərgəsi bu dəfə #KonstitusiyaSuverenlikİli çərçivəsində Vətən müharibəsində qazanılmış tarixi Zəfərin 5 illiyi münasibətilə daha maraqlı və rəngarəng proqramla həyata keçiriləcəkdir! 

Əgər sən də şəbəkələşmək, Qarabağ və Şərqi Zəngəzurda dirçəlişlə bağlı ideyalarını bölüşmək, işğaldan azad olunmuş ərazilərdə könüllü fəaliyyətinə töhfə vermək, interaktiv təlimlər, tematik vörkşoplar, intellektual və komanda oyunları vasitəsilə əylənərək öyrənmək istəyirsənsə, elə indi müraciət et, düşərgədə iştirak şansı qazan.

Düşərgə Gənclər və İdman Nazirliyi və Gənclər Fondunun dəstəyi ilə "Böyük Qayıdış” Gənclər Təşkilatı tərəfindən 18-25 yaş arası könüllü gənclər üçün 23-26 oktyabr tarixlərində Şəki Olimpiya İdman Kompleksində baş tutacaqdır.

Qeydiyyat üçün link: https://bit.ly/KönlümQarabağdaKönlümZəngəzurda
Qeydiyyat üçün son tarix: 18 oktyabr, saat 13:00

Əlaqə vasitələri:

Yarışı paylaş:

Xəritə üzərində:

İstiqamət:

Şəki Olimpiya İdman Kompleksi Şəki Olimpiya İdman Kompleksi
Telefon: 187

Faydalı məlumatlar

Proqram

İştirakçılar

Nəticələr